Rusiya XİN-dən Paşinyanla bağlı AÇIQLAMA

Rusiya XİN-dən Paşinyanla bağlı
Paşinyan
Dünya 16-12-2024 - 13:04

Rusiya tərəfi ümid edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın sonunda Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Ajans.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu barədə “RİA Novosti”yə bildirib. 

“Hər kəs dəvətlidir. Bu gün dekabrın 16-dır və dediyiniz hadisələr bir az sonra baş verəcək. Dəvət etdiklərimizin, o cümlədən baş nazirin oğlu Vova Paşinyanın gələcəyinə ümid edirik. Ümid edirik və nə olacağını görəcəyik”, - deyə Rusiya XİN-in müavini bildirib.

PAYLAŞ: