Rusiya tələlərlə dolu yeraltı şəhər SALDI

Rusiya Silahlı Qüvvələrinin Şimal Qüvvələri Qrupunun 44-cü Ordu Korpusunun hücum bölmələrindən birinin hərbçiləri Xarkov vilayətində “yeraltı şəhər” salıblar.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarə aydınlaşdırıb ki, söhbət döyüş təmas xəttində həyata keçirilən gizli yeraltı rabitələrdən gedir. Əsgərlər döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra bu ərazidə dincələ bilərlər. Orada texnika və silahlara texniki qulluq da həyata keçirilir.
“Bu yerdə əsgərlər döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra dincəlir, texnika və silahlara texniki qulluq göstərirlər. “Burada bölmələrin rotasiyası da həyata keçirilir”, - nazirliyin açıqlamasında bildirilir.
Qeyd olunur ki, hərbçilər “yeraltı şəhər”i döyüş tapşırıqları arasında inşa ediblər. Çox vaxt tikinti gecə örtüyü altında aparılırdı.
Bir neçə metr dərinlikdə əsgərlər yaşayış yerləri yerləşdirib, lazımi kommunikasiyaları, o cümlədən elektrik enerjisini çəkiblər. Hərbi qulluqçular düşmənin hücumu ehtimalını da nəzərə alaraq, əsas girişlərdə xüsusi tələlər və gizli çıxışlar şəbəkəsi yaradıblar.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin “Dnepr” hərbi dəstələri Xerson istiqamətində “yeraltı şəhərcik” salıblar. Sığınacaqlar aerodrom plitələri ilə qorunmuş və əlavə olaraq torpaq bəndləri ilə örtülmüşdür.