Qroznıya uçan təyyarə təcili eniş ETDİ

Qroznıya uçan təyyarə təcili
Utair
Dünya 05-02-2025 - 15:31

“Utair” aviaşirkəti sərnişini xəstələndiyi üçün təyyarəsinin marşrutunu dəyişmək məcburiyyətində qalıb.

Ajans.az xəbər verir ki, bu barədə “Aviaincident” məlumat yayıb.

Boeing 737-800 Moskvanın Vnukovo hava limanından Qroznıya uçurmuş. Uçuş zamanı sərnişinlərdən biri xəstələnib.

Təyyarə komandiri hadisə barədə dərhal məlumat verib və Həştərxan hava limanına enməyə qərar verib. Pilotlar heç bir təhlükə siqnalı verməsələr də, çatdıqdan sonra zərərçəkənə tibbi yardım göstərilməsini xahiş ediblər. Eniş uğurlu alınıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: