Qəzaya uğrayan təyyarənin göyərtəsində olan uşaqların sayı AÇIQLANDI

Qəzaya uğrayan təyyarənin göyərtəsində olan uşaqların sayı
Təyyarə
Dünya 29-12-2024 - 14:09

Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan Jeju Air təyyarəsinin göyərtəsində ən azı 5 uşaq olub.

Ajans.az xəbər verir ki, bu rəqəmi Yonhap agentliyi açıqlayıb.

Mənbənin sözlərinə görə, onların hamısının yaşı 10-dan aşağı olub.

Eyni zamanda, Kjmbc portalı yazır ki, uçuş iştirakçıları arasında yaşı 19-dan az olan 10-dan çox uşaq olub.

Dekabrın 29-da Muanda Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb. Eniş zamanı quş sürüsü təyyarəyə çırpılıb, daha sonra şassisi uzanmayıb. Təyyarədə 181 nəfər olub, ilkin məlumatlara görə, yalnız iki stüardessa sağ qalıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: