Putin Qarabağdan gedən generala yeni vəzifə verdi
Rusiya Ordusunun general-polkovniki Rüstəm Muradov Quru Qoşunları baş komandanının birinci müavini vəzifəsinə təyin edilib.
Ajans.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu haqda sərəncam imzalayıb.
Xatırladaq ki, general Rüstəm Muradov 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdi.
O, 2021-ci ilin sentyabrında Qarabağdakı vəzifəsindən azad edilmişdi.
R.Muradov 2022-ci il oktyabrın 5-də Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının gedişi zamanı “Şərq qoşunları”na rəhbərlik etməyə başlayıb.
2023-cü ilin aprelində Rüstəm Muradovun Hərbi Hava Hərbi Dairəsinin komandiri vəzifəsindən uzaqlaşdırıldığı bildirilib.