Putin ABŞ-yə yeni səfir təyin ETDİ

Rusiya lideri Vladimir Putin Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dəki səfiri təyin edib.
Ajans.az xəbər verir ki, dövlət başçısı müvafiq sərəncam imzalayıb.
“Aleksandr Nikitiç Darçiyev Rusiyanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri və Rusiya Federasiyasının Vaşinqtonda Amerika Dövlətləri Təşkilatında (AAT) Daimi Müşahidəçi təyin edilsin”, - sənəddə deyilir.
Fevralın 27 -də İstanbulda Rusiya və Amerika nümayəndələrinin səfirliklərin işi ilə bağlı görüşü keçirilib. Ertəsi gün, fevralın 28-də Rusiya Xarici İşlər Nazirliyi məlumat verdi ki, danışıqlar zamanı ABŞ yeni səfir Aleksandr Darçiyevin təyin edilməsinə dair razılıq verib. Xarici İşlər Nazirliyi qeyd edib ki, diplomatın xidmət yerinə getməsi “yaxın vaxtlarda” gözlənilir.