Putin 13 ildən sonra ilkə İMZA ATDI
Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə Kursk vilayətindən olan 4 məhkum qadını əfv edib.
Ajans.az xəbər verir ki, bu barədə region üzrə Federal Penitensiar Xidmətin saytında bildirilir. Bütün qadınlar kiçik və ya orta ağırlıqda cinayət törətməkdə təqsirli biliniblər və onların himayəsində azyaşlı uşaqları var. Əfv olunanlar arasında birinci qrup əlil olan kursklu qadın da var.
“Rusiya prezidenti Vladimir Putin Kursk və regionda məhkum edilmiş dörd yerli vətəndaşı əfv edib. Onlara kiçik və ya orta ağır cinayətlərə görə şərti cəza verilib. Bütün qadınların azyaşlı uşaqları var, əfv olunanlardan biri birinci qrup əlildir. Onların hamısı müsbət xüsusiyyətlərə malikdir və cinayət nəticəsində dəymiş ziyanı tam ödəyiblər”, - məlumatda deyilir.
İdarə qeyd edir ki, Kursk vilayətindən olan qadınların əfv edilməsi ilə bağlı sonuncu belə qərar 2011-ci ildə qəbul edilib. Bundan əlavə, Kursk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili Vladimir Firsov “VKontakte” sosial şəbəkəsindəki yazısında bildirib ki, bu il komissiyanın səkkiz iclası keçirilib, burada məhkumların əfv olunması ilə bağlı 67 müraciətinə baxılıb. Hər bir müraciətdən əvvəl Rusiya prezidentinə əfv xahişi ilə müraciət edən məhkumun şəxsiyyətini qiymətləndirmək üçün diqqətlə iş aparılıb.