Polis Ağdaşda əməliyyat keçirdi - Saxlanılanlar var/VİDEO

Polis Ağdaşda əməliyyat keçirdi -
polis
Cəmiyyət 24-12-2024 - 06:28

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ajans.az-a verilən məlumata görə, tədbirlərlə rayon sakinləri – Elnur Əhmədzadə, Elvin İsmayılov, İlqar Ələkbərov və Elman Kərimov saxlanılıblar.

Onların yaşadıqları ünvanlardan və idarə etdikləri avtomobillərdən ümumilikdə 2 kiloqram marixuana aşkar olunub. 

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

PAYLAŞ: