Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, pensiyalar noyabrın 20-23-ü arasında ödəniləcək.
Bu gün isə noyabrın 22-dir və pensiyalar hələ ödənilməyib. Sabah isə şənbə günüdür. Normalda şənbə günləri pensiyalar ödənilmir və onun əvəzinə bazar ertəsi ödəniş olunur.
Bəs, pensiyalar nə vaxt ödəniləcək?
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan Ajans.az-a bildirilib ki, pensiyaların ödənişi ilə bağlı məsələlər müəyyən prosedurlar çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, sabah şənbə günü olsa da rəsmi iş günü olduğu üçün pensiyaların həmin gün ödənilməsi planlaşdırılır.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi təqaüdçülərin müraciətinə cavab olaraq bildirib ki, pensiyaların noyabrın 20-23 tarixi aralığında verilməsi nəzərdə tutulub.