Paşinyanın səlahiyyətli şəxsi Bəhreynə gedir - SƏBƏB
Ermənistan baş nazir aparatının rəhbəri Arayik Arutyunyan çərşənbə günündən cümə gününə kimi Bəhreynə ezamiyyətdə olacaq.
Ajans.az xəbər verir ki, bu, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarına əsasəndir.
Bəhreynin paytaxtı Manamada Harutyunyan 2027-ci ildə ağır atletika üzrə dünya çempionatının Ermənistanda keçirilməsi ilə bağlı müqavilə imzalayacaq.