Parkinq pulsuz olacaq - Bu ölkədə

Parkinq pulsuz olacaq -
Parkinq
Dünya 06-12-2024 - 15:32

Kazan İcraiyyə Komitəsi şəhərdəki bələdiyyə dayanacaqlarından pulsuz istifadənin mümkün olacağı günləri müəyyən edib.

Ajans.az xəbər verir ki, qərar artıq qətnamə şəklində rəsmiləşdirilib.

Sənədə əsasən, dayanacaqlar bayram və təxirə salınmış istirahət günlərində ödənişsiz fəaliyyət göstərəcək:

1-3 yanvar

6-8 yanvar

1, 2, 8 və 9 may

12 və 13 iyun

3, 4 və 6 noyabr

31 dekabr.

Bundan əlavə, siyahıya Qurban bayramlarının qeyd olunacağı günlər də daxildir ki, onların da keçirilmə tarixləri Tatarıstan rəhbərinin fərmanı ilə müəyyən ediləcək.

Dayanacaq həftə sonları və iş günləri saat 19:00-dan səhər 8:00-a qədər pulsuz olaraq qalır.

Bu yenilik şəhər sakinlərinə və qonaqlarına bayram günlərində vaxtlarını daha səmərəli planlaşdırmağa və küçələrdə sıxlığı azaltmağa imkan verəcək.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: