İsveçdə atışma: Ölənlər var
Gündəm
29-04-2025 - 23:32
İsveçin Uppsala şəhərinin mərkəzində baş verən atışmada 3 nəfər ölüb.
Ajans.az xəbər verir ki, bu barədə məlumat İsveç polisindən verilib.
Məlumata görə, aprelin 29-u axşam saatlarında Vaksala meydanı yaxınlığında atışma səsləri eşidilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ölənlərin şəxsiyyətini müəyyənləşdirir və hadisənin başvermə şəraitini araşdırır.