Orban hərbi əsirlərin mübadiləsinə icazə verdi

Orban hərbi əsirlərin mübadiləsinə
Hərbi əsirlər
Dünya 20-12-2024 - 13:59

Macarıstan hələ də ümidini saxlayır ki, Rusiya və Ukrayna pravoslav Milad bayramına qədər genişmiqyaslı məhbus mübadiləsi və atəşkəs barədə razılığa gələcək.

Ajans.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

O qeyd edib ki, artıq dekabrın 25-də qeyd olunan katolik Milad bayramına ümid etmək olmaz, ona görə də Macarıstan əsirlərin mübadiləsinin və atəşkəsin ən azı pravoslav Milad bayramına, yəni yanvarın 7-nə qədər baş tutması üçün bütün səylərini göstərəcək.

Əgər Rusiya Federasiyası və Ukrayna razılaşarsa, onlar hətta 1000 məhbusu mübadilə proqramına daxil edə bilərlər ki, onlar da təxminən iki-üç günə ailələrinə qayıda bilərlər. Orban əlavə edib ki, o, bu planların reallaşması üçün işləməyə davam edəcək.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: