"Ölənlərin sayı daha çoxdur, sadəcə..." - İspaniyadan AÇIQLAMA
“Hal-hazırda vəziyyət yaxşıdır. Amma minlərlə ev dağıntılar və sular altında qalıb. Yenidən evlər tikmək, ərazini əvvəlki halına gətirmək çox çətin olacaq”.
Bu sözləri Ajans.az-a eksklüziv açıqlamasında İspaniya vətəndaşı Karlos Alvaro bildirib.
O qeyd edib ki, bir çox dostu və qohumları hələ də itkindir:
“Mənim universitet dostlarım və bir-iki qohumum hələ də tapılmayıb. Ümid edirəm ki, sağ-salamat tapılarlar. Çox narahatam. 200-dən çox insan dünyasını dəyişib. Bəlkə də daha çox… Çünki itkin düşənlərin sağ ya da diri olduğu bilinmir”.
Qeyd edək ki, ötən günlərdən bəri Valensiyada daşqınlar baş verir. Ölənlərin rəsmi sayı 200-ü keçib.