Oğuzda dəhşətli hadisə: 23 yaşlı qız yandı

Oğuzda dəhşətli hadisə:
xəsarət
Hadisə 25-11-2024 - 11:05
 127

Oğuzda gənc qız yanıq xəsarətləri alıb.

Ajans.az xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü kənd sakini Nərmin Şaiq qızı Hüseynzadə evdə 2-ci dərəcəli termiki yanıq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hadisə mənzildəki odun sobasından düşən qığılcımdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: