Niyə eyni filmlərə təkrar-təkrar baxırıq? - SƏBƏBİ ŞOK ETDİ

Əksəriyyətimizin dəfələrlə izlədiyi bir film və ya serial mütləq var. Sonunu əzbər bilsək də, hətta dialoqları belə yadda saxlamış olsaq da, yenə də onlardan doymaq olmur.
Bəs, bunun arxasında sadəcə nostalji yox, ciddi bir psixoloji səbəbin dayandığını bilirdinizmi?
Məlum olub ki, bu vərdiş əslində bir rahatlama üsuludur
Mütəxəssislərə görə, eyni məzmunu təkrar izləmək yalnız adi bir vərdiş deyil, həm də beynin özünü sakitləşdirmə və emosional tarazlığı bərpa etmə üsuludur. Psixoloji araşdırmalar göstərir ki, insan beyninə tanış olan vizual və ya eşitmə siqnalları – məsələn, artıq izlənmiş bir serial və ya oxunmuş bir kitab – "algısal axıcılığı" artırır. Bu da beyində həmin məlumatın daha asan emal olunmasına və insanın özünü daha rahat hiss etməsinə səbəb olur.
Xüsusilə narahatlıq yaşayan insanlar üçün təsəlliverici bir üsuldur
Anksiyete (narahatlıq pozuntusu) yaşayan şəxslər və ya zehni cəhətdən yorğun olan insanlar, çox zaman yeni və qeyri-müəyyən məzmunlara yönəlməkdə çətinlik çəkirlər. Bu zaman isə tanış və nəticəsi məlum olan bir hekayəyə qayıtmaq, onlara yenidən nəzarət hissi qazandıra bilir.
Yorğun beyin tanış səslərlə və obrazlarla sakitləşir
Zehni olaraq tükənmiş hiss etdiyiniz zaman tanış və rahatladıcı bir proqramı izləmək, sizi yenidən canlandıra və daxili nəzarət hissinizi gücləndirə bilər. Bununla yanaşı, təkrar izlənilən seriallardakı obrazlarla zamanla qurulan emosional bağlar da mühüm rol oynayır.
Bu bağlara psixologiyada "parasosial münasibətlər" deyilir
İzləyicilər zamanla sevdikləri obrazlarla birtərəfli, lakin güclü emosional əlaqələr qururlar. Psixoloqlar bu münasibətləri “parasosial münasibətlər” adlandırır. Bu cür əlaqələr, xüsusilə özünü tənha hiss edən insanlarda, müvəqqəti də olsa, sosial dəstək hissi yaradır. Bir növ "emosional qəlyanaltı" kimi xidmət edir.
Nəticə: Tanış məzmun, daxili sükunət deməkdir
Göründüyü kimi, təkrar-təkrar eyni serialı izləmək sadəcə darıxdığınız üçün deyil. Bu, stresslə baş etmə mexanizmi, daxili tarazlığı qoruma və özünü təhlükəsiz bir məkan içində hiss etmə ehtiyacının ifadəsidir.
Yəni, əgər çətin bir günün sonunda yenə o sevimli serialı açırsınızsa – bilin ki, bu davranışınız sizi yalnız əyləndirmək üçün deyil, eyni zamanda sakitləşdirmək və gücləndirmək üçündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.