Süni intellekt yalan danışır: Alimlər təhlükəni etiraf etdi

Süni intellekt yalan danışır:
Maraqlı 09-04-2025 - 11:25

Yeni aparılan tədqiqatlar göstərir ki, süni intellekt (AI) sistemləri hələlik yaradıcı təfəkkür qabiliyyətindən məhrum olsalar da, istifadəçiləri aldatmaq məqsədilə proqramlaşdırıla və ya qeyri-dəqiq məlumatlar verə bilirlər.

Ajans.az xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb. 

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bəzi AI modelləri qarşılarındakı şəxsi çaşdırmaq üçün "inandırıcı, lakin yalançı cavablar" təqdim edə bilər.

Bu isə tənqidi düşünmə qabiliyyətinin zəifləməsi, dezinformasiyanın yayılması və ictimai etimadın zədələnməsi ilə nəticələnə bilər.

Ekspertlər bildirirlər ki, süni intellektə gündəlik həyatımızda – təhsil, səhiyyə, media və siyasət sahələrində artan dərəcədə etibar olunduğu bir vaxtda, bu texnologiyaların etik çərçivədə idarə olunması həyati əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: