Reklam resmi
Reklam resmi

Bu qurumda kütləvi ixtisarlar: işçilər məcburi ərizə yazdırılaraq işdən çıxarılır

Bu qurumda kütləvi ixtisarlar: işçilər məcburi ərizə yazdırılaraq işdən çıxarılır
Gündəm

Qarabağ Regional Təhsil İdarəsində 53 əməkdaşın işdən çıxarıldığı bildirilir.

Ajans.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə məlumat vətəndaşlar tərəfindən sosial mediada paylaşılıb.

Bildirilib ki, sözügedən əməkdaşlar (metodist) metodiki kabinetin bağlanmasına görə məcburi ərizə yazdırılaraq işdən xaric ediliblər.

Sözügedən məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

Xatırladaq ki, daha öncə Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaş (metodist), Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.

Digər Xəbərlər