Reklam resmi
Reklam resmi

Deputatların tətili başa çatır, komitə iclasları başlayır

Deputatların tətili başa çatır, komitə iclasları başlayır
Siyasət

Bu həftə Milli Məclisin deputatlarının tətili başa çatır.

Ajans.az xəbər verir ki, ötən ilin dekabrın 30-dan başlayan tətil müddəti yanvarın 15-də bitir.

Bu həftədən etibarən komitə iclaslarının keçirilməsinə başlanılacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Parlamentin yaz sessiyası isə fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək. 

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu da o deməkdir ki, qanunverici orqanın yaz sessiyasında ilk plenar iclası fevralın 3-nə təsadüf edəcək.

Mövzular:
Parlament iclas müzakirə Milli Məclis

Digər Xəbərlər