Reklam resmi
Reklam resmi

Masallıda keçmiş məhkum narkotikə görə saxlanıldı

Masallıda keçmiş məhkum narkotikə görə saxlanıldı
Hadisə

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər. Tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı Eldar Ağayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ajans.az-a verilən məlumata görə, onun üzərindən və istifadəsiz tikilidə gizlətdiyi yerdən 6 kiloqram marixuana aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, E.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.

    Araşdırma aparılır.

    Mövzular:
    məhkum narkotik

    Digər Xəbərlər