Reklam resmi
Reklam resmi

XİN Gürcüstana başsağlığı verdi

XİN Gürcüstana başsağlığı verdi
Gündəm

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada fərdi evdə baş vermiş yanğınla bağlı Gürcüstana başsağlığı verib.

Ajans.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Gürcüstanda Abzaxiyanın Qali bölgəsində 5 uşağın həlak olduğu faciəli yanğın hadisəsi bizi dərindən kədərləndirdi. Hadisədən zərər çəkmiş ailələrə və dost Gürcüstana dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, yanğın yanvarın 5-də Saberio kəndində baş verib. Gürcüstan hökuməti hadisə ilə əlaqədar yanvarın 9-nu ölkədə matəm günü elan edib.

Mövzular:
XİN başsağlığı

Digər Xəbərlər