Reklam resmi
Reklam resmi

Balakəndə ferma yandı - 5 min cücə tələf oldu

Balakəndə ferma yandı - 5 min cücə tələf oldu
Hadisə

Balakəndə cücə fermasında yanğın olub, 5 min cücə yanaraq tələf olub.

Ajans.az xəbər verir ki, gecə saat 04:30-da rayonun Tülü kəndində, kənd sakini Vüsal İsmayıl oğlu İsmayılovun yaşadığı evin həyatyanı sahəsində inşa olunan ümumi sahəsi 96 kv/m olan cücə fermada yanğın baş verib.

    Yanğının söndürülmasi üçün əraziyə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

    Yanğın nəticəsində fermanın tavanı və dam örtüyü yanıb, sexdə olan 5 min ədəd cücə yanaraq təlaf olub.

    Faktla bağlı araşdırma aparılır. /APA

    Mövzular:
    ferma yanğın cücə

    Digər Xəbərlər