Reklam resmi
Reklam resmi

Bakıda evlərdən oğurluq edən keçmiş məhkum tutuldu

Bakıda evlərdən oğurluq edən keçmiş məhkum tutuldu
Hadisə

Yasamal rayonu Moskva prospektində yerləşən evlərin birindən 1500 manat dəyərində elektrik naqili və inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində bir neçə evdən naqil, noutbuk, oyun aparatları və qızıl əşyaları oğurlaması da müəyyən olunub.

Mövzular:
DİN polis oğurluq məhkum

Digər Xəbərlər