Reklam resmi
Reklam resmi

Ronaldo futboldan getməyi düşünür - KİV

Ronaldo futboldan getməyi düşünür - KİV
İdman

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo karyerasını bitirə bilər.

Ajans.az xəbər verir ki, bu barədə "Teamtalk" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 39 yaşlı futbolçu “Əl-Nasr”la cari müqaviləsi başa çatdıqdan sonra peşəkar karyerasını başa vuracağını elan etməyi düşünür. Eyni zamanda, Ronaldo Portuqaliya klublarından biri ilə yekun müqavilə imzalamaq üçün vətəninə qayıtmaq variantını da istisna etmir.

Səudiyyə Ərəbistanı yığmasının heyətində 83 oyunda Ronaldo 74 qol vurub, 18 məhsuldar ötürmə edib.

Mövzular:
Ronaldo futbol

Digər Xəbərlər