Reklam resmi
Reklam resmi

Suriya Misirlə münasibətlərini yaxşılaşdırmaq istəyir

Suriya Misirlə münasibətlərini yaxşılaşdırmaq istəyir
Gündəm

Suriyanın müvəqqəti hökumətinin xarici işlər naziri Əsad Həsən əş-Şeybani Misirlə əlaqələri yaxşılaşdırmaq istədiklərini bildirib.

Ajans.az xəbər verir ki əş-Şeybani bu haqda “X” hesabında məlumat yayıb.

“Biz Misirlə bir-birimizin suverenliyinə və hər iki tərəfin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanan mühüm və strateji əlaqələri inkişaf etdirmək istəyirik”, - deyə Şeybani bildirib.

Qeyd edək ki, Suriyanın yeni qurulan keçid hökuməti həm Qərb ölkələri, həm də ərəb dünyasının diplomatları ilə görüşərək beynəlxalq əlaqələri yenidən təşkil etməyə çalışır.

Digər Xəbərlər