Reklam resmi
Reklam resmi

"İstəyirəm işlədiyim məktəbə qızımın adı verilsin" - Hökumənin atası/VİDEO

\"İstəyirəm işlədiyim məktəbə qızımın adı verilsin\" - Hökumənin atası/VİDEO
Gündəm

"Öz istəyi ilə o, hava limanında işləməyə başlayıb. Artıq 9 ilə yaxındır". 

Ajans.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Aktauda təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib. 

Onun sözlərinə görə, qızı ixtisasca hüquqşunaslığı bitirsə də, bu peşədə çalışmaq istəyib: 

"Bu, onun seçimi idi. Həmişə xarici ölkələri gəzməyi sevirdi. Qızımla fəxr edirəm. Allah Prezidentimizdən razı olsun! Ondan bircə şey istəyirəm. Mən özüm ədəbiyyat müəllimiyəm. İstəyirəm ki, çalışdığım Kəlbəcər rayonunun 67 saylı tam orta məktəbinə qızımın adı verilsin". 

Mövzular:
Hökümə ata

Digər Xəbərlər