Reklam resmi
Reklam resmi

Kürdəmirdə ağır QƏZA: Sürücü öldü, qardaşı yaralandı

Kürdəmirdə ağır QƏZA: Sürücü öldü, qardaşı yaralandı
Hadisə

Kürdəmirdə yol qəzası baş verib.

Ajans.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax avtomobil yolunda, rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. 

İlkin məlumata görə, hərəkətdə olan yük və minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb. Onun sərnişini olan qardaşı müxtəlif dərəcəli ağır bədən xəsarəti ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Kürdəmir Yol qəzası Sürücü öldü Qardaş Yaralı

Digər Xəbərlər