Reklam resmi
Reklam resmi

Bakıdan Aktauya həkim və tibb bacıları göndərilir

Bakıdan Aktauya həkim və tibb bacıları göndərilir
Gündəm

Qazaxıstanlı həmkarlara dəstək və müalicə proseslərinin tənzimlənməsi məqsədilə bu gün Bakıdan Aktauya 2 həkim və 2 tibb bacısından ibarət heyət göndəriləcək.

Bu barədə Ajans.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

    Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.

    Mövzular:
    həkim Aktau tibb bacıları Bakı

    Digər Xəbərlər