Reklam resmi
Reklam resmi

Bakıya gətirilən yaralılar bu xəstəxanaya yerləşdiriləcək

Bakıya gətirilən yaralılar bu xəstəxanaya yerləşdiriləcək
Gündəm

Aktau hava limanı yaxınlığında qəzaya uğrayan Bakı-Qroznı təyyarəsində xəsarət alan və hazırda Bakıya gətirilən 14 yaralı Yeni Klinikaya yerləşdiriləcək. 

Ajans.az TNS-ə istinadən xəbər verir ki, adıçəkilən tibb müəssisəsində yaralılar üçün palatalar ayrılıb, həkim briqadaları yaradılıb. 

Xatırladaq ki, yaralılar Aktau hava limanından xüsusi təyyarə reysi ilə Bakıya yola salınıb.

Yaxın 2 saat ərzində yaralılar Bakıda Heydər Əliyev hava limanında qəbul edilərək Yeni Klinikaya gətiriləcək.

Məlumata görə, yaralıları daşımaq üçün təcili tibbi yardım avtomobilləri və həkim briqadaları hava limanına göndərilib. 

Mövzular:
yaralı Bakı Yeni Klinika

Digər Xəbərlər