Reklam resmi
Reklam resmi

Moskva metrosunda DƏHŞƏT: Qan töküldü

Moskva metrosunda DƏHŞƏT: Qan töküldü
Kriminal

Moskva metrosunda bıçaqlanma hadisəsi olub.

Ajans.az xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat verib. 

Görüntülərdə stansiyalar arasındakı keçiddə iki kişinin dava etdiyi görünüb. Digər sərnişinlər onları ayırmağa çalışsalar da, bu, o qədər də asan olmayıb.

Şöbədən bildirilib ki, dava iştirakçılarından biri bıçağı çıxararaq şəxsi döş nahiyəsindən bıçaqlayıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və ağır bədən xəsarətləri alıb. Şübhəli saxlanılıb. Onun 27 yaşlı kişi olduğu məlum olub. O, həbs edilib. Hadisə Petrovski Parkı və Dinamo stansiyalarının kəsişməsində baş verib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Moskva Metro Bıçaqlanma

Digər Xəbərlər