Reklam resmi
Reklam resmi

Gəncədə moped zibil qutusuna çırpıldı, xəsarət alan var

Gəncədə moped zibil qutusuna çırpıldı, xəsarət alan var
Gündəm

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü S.Hacıyev mopedlə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı zibil qutusuna çırpılıb.

Nəticədə mopedin sürücüsü 40 yaşlı S.Hacıyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Əraziyə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
hadisə

Digər Xəbərlər