Reklam resmi
Reklam resmi

Kilsənin qarşısında silahlı HÜCUM: 1 ÖLÜ, 2 YARALI

Kilsənin qarşısında silahlı HÜCUM: 1 ÖLÜ, 2 YARALI
Hadisə

Londonun Gifford Road səmtində kilsənin qarşısında baş verən atışma nəticəsində 40 yaşlarında bir ana həyatını itirib, 30 yaşlarında olan iki kişi isə ağır yaralanıb.

Ajans.az xəbər verir ki, hücum “Həyat çayı” Elim Pentikostal kilsəsinin qarşısında baş verib.

“The Sun” qəzetinin paylaşdığı təhlükəsizlik kamerası görüntülərində qara rəngli avtomobilin içindən 7 atəş açıldıqdan sonra insanların canlarını qurtarmaq üçün qaçdıqları görünür.

Kilsə keşişi Lawrence Larbie, “Kilsəmizin yaşlı bir üzvü hücum zamanı başsağlığı verirdi. Tam xaos hökm sürürdü. Atəş açanlar güllələnən insanları tanıyırd” sözlərini deyib. Səlahiyyətlilər hadisəylə əlaqədar geniş diametrli istintaq başladıb. Bölgədə geniş təhlükəsizlik tədbirləri görülərkən, ətrafda dəlil axtarışları davam edir.

author picture
Ajans_az Muxbir
Mövzular:
London Kilsə Yaralı Ölüm Silahlı Hücum

Digər Xəbərlər