Reklam resmi
Reklam resmi

Vüqar Həşimovun atasının son DURUMU

Vüqar Həşimovun atasının son DURUMU
Gündəm

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun atası 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

TƏBİB-dən Ajans.az-a verilən məlumata görə, hazırda həmin şəxsin vəziyyəti ağır-stabil olaraq qalır.

Qeyd edək ki, hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb. Onun müalicəsi isə özəl klinikada davam edir.

Mövzular:
TƏBİB Vüqar Həşimov ailəsi son durum

Digər Xəbərlər