Reklam resmi
Reklam resmi

Tovuzda güclü PARTLAYIŞ: Yaralılar VAR

Tovuzda güclü PARTLAYIŞ: Yaralılar VAR
Hadisə

Tovuzda partlayış olub.

Ajans.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində qeydə alınıb.

Sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə, 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Əraziyə FHN-nin və huquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Mövzular:
Tovuz Partlayış Güclü Yaralı

Digər Xəbərlər