Reklam resmi
Reklam resmi

Ukraynanın daha 4 məntəqəsi işğal edildi

Ukraynanın daha 4 məntəqəsi işğal edildi
Siyasət

Rus bölmələri cəbhədə irəliləyişləri çərçivəsində dörd yeni yaşayış məntəqəsini işğal edib.

Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” adlı “Telegram” kanalı məlumat yayıb.

Analitiklərin fikrincə, Ukrayna Silahlı Qüvvələri Novopustınka, Starye Ternı, İlyinka və Novodmitrovka üzərində nəzarəti itirib. Kiyev tərəfi də iddia edir ki, Rusiya Silahlı Qüvvələri Kuraxovo, eləcə də Romanovka və Uspenivka ərazilərində irəliləyib.

Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib. Daha əvvəl “Melodiya” kəşfiyyat mərkəzinin “Cənub” qoşun qrupunun tərkibində “Çukçi” çağırış işarəsi olan əməliyyat qərargahının rəhbəri bildirmişdi ki, Rusiya hərbçiləri Çasov Yar şəhərinin mərkəzi hissəsindəki odadavamlı zavoda hücumu başa çatdırır. Onun sözlərinə görə, hazırda orada şiddətli atışma döyüşləri gedir.

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya Ukrayna Ərazi 4 məntəqə İşğal

Digər Xəbərlər