Reklam resmi
Reklam resmi

“Nilay bir də ata-ana sözünü deyə bilməyəcək...”

“Nilay bir də ata-ana sözünü deyə bilməyəcək...”
Hadisə

“Nilay hələ başa düşmür ki, ana və atası niyə ölüb”.

Ajans.az xəbər verir ki, bunu Gəncə terrorunda hər iki valideynini itirən Nilayın nənəsi Sevil Babazadə ATV-yə açıqlamasında deyib.

“O fəsadları heç vaxt unutmarıq. Hamısı yaddaşımdadır. O hələ balacadır. Nilay bir də ata-ana sözünü deyə bilməyəcək”, - deyə S. Babazadə əlavə edib.

Xatırladaq ki, Gəncə şəhəri Vətən müharibəsi zamanı - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terror nəticəsində 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Mövzular:
Gəncə terror

Digər Xəbərlər