Reklam resmi
Reklam resmi

WhatsAppda mesajlar artıq bu üsulla göndəriləcək

WhatsAppda mesajlar artıq bu üsulla göndəriləcək
Cəmiyyət

"WhatsApp" istifadəçilərin məxfiliyini artıracaq yeni funksiya üzərində çalışır.

Ajans.az xəbər verir ki, artıq təkcə foto, video və səsli mesajlar deyil, mətn mesajları da "bir dəfə bax" rejimində göndərilə biləcək.

Yeni funksiya vasitəsilə göndərilən mətn mesajı qarşı tərəf tərəfindən yalnız bir dəfə oxuna biləcək. Mesaj açıldıqdan sonra avtomatik silinəcək. Bundan əlavə, həmin mətnin ekran görüntüsünü çəkmək, ekran yazısı aparmaq, kopyalamaq və ya başqa şəxslərə yönləndirmək mümkün olmayacaq.

Bildirilir ki, yenilik həm fərdi, həm də qrup söhbətlərində istifadəyə veriləcək./Oxu24.com 

Mövzular:
WhatsApp yenilik mesajlar

Digər Xəbərlər