Reklam resmi
Reklam resmi

Nazir rəisi vəzifəsindən azad etdi

Nazir rəisi vəzifəsindən azad etdi
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub. 

Ajans.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Abdulla Abdullayev Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi təyin olunub. 
FHN-dən Qaynarinfo-ya bildirilib ki, Ziya Əfsərov bir müddət əvvəl vəzifəsindən azad edilib.
Qeyd edək ki, polkovnik Ziya Əfsərov 2020-ci ildən Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi idi. 
Mövzular:
Nazir rəis vəzifə

Digər Xəbərlər