Reklam resmi
Reklam resmi

İran nümayəndə heyəti ABŞ-lə danışıqları DAVAM ETDİRİR

İran nümayəndə heyəti  ABŞ-lə danışıqları DAVAM ETDİRİR
Gündəm

İran nümayəndə heyəti İsveçrədə ABŞ-lə keçirilən məsləhətləşmələrin məkanını tərk etməyib və danışıqlarda iştirakını davam etdirir.

 Ajans.az xəbər verir ki, ABŞ-nin "Axios" portalının jurnalisti Barak Ravid "X" hesabında diplomatik mənbəyə istinadən məlumat yayıb.

“İsveçrədəki danışıqlarda iştirak edən diplomatın sözlərinə görə, İran nümayəndə heyəti oranı tərk etməyib və ABŞ-İran danışıqları hələ də davam edir”, – deyə jurnalist bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın Tasnim agentliyi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə etiraz olaraq İran nümayəndə heyətinin danışıqlar məkanını tərk etdiyini və məsləhətləşmələrin dayandırıldığını yazmışdı.

Mövzular:
İran İsveçrə ABŞ danışıqlar

Digər Xəbərlər