Reklam resmi
Reklam resmi

Bulvarda dənizdə batma təhlükəsi olan şəxs XİLAS EDİLDİ

Bulvarda dənizdə batma təhlükəsi olan şəxs XİLAS EDİLDİ
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dənizdə batma təhlükəsində olan 2008-ci il təvəllüdlü Nəsirli Sadiq Elnur oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Mövzular:
fhn bulvar dəniz

Digər Xəbərlər