Reklam resmi
Reklam resmi

Azərbaycan Kubokunun oyunu zamanı bədbəxt hadisə

Azərbaycan Kubokunun oyunu zamanı bədbəxt hadisə
İdman
375

Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz" və "Sabah" komandaları arasında keçirilən oyunda xoşagəlməz hadisə baş verib.

Ajans.az xəbər verir ki, matçın 21-ci dəqiqəsində meydan sahibi komandanın futbolçusu Denis Marandiçi ciddi zədə alıb. Moldovalı müdafiəçi rəqibin hücumunun qarşısını almağa çalışarkən ayağı sınıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Marandiçinin yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub.

Qeyd edək ki, hazırda davam edən görüşdə hesab 1:0 “Turan Tovuz”un xeyrinədir.

Mövzular:
futbol Azərbaycan Kuboku bədbəxt hadisə ayaq sınmaq

Digər Xəbərlər