Reklam resmi
Reklam resmi

Metro istifadəçilərinin NƏZƏRİNƏ: 200 manatadək CƏRİMƏ oluna bilərsiniz

Metro istifadəçilərinin NƏZƏRİNƏ: 200 manatadək CƏRİMƏ oluna bilərsiniz
Cəmiyyət
472

İnzibati Xətalar Məcəlləsində metropolitendən istifadə qaydalarının pozulmasına görə müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulub.

Ajans.az xəbər verir ki, qaydaları pozan şəxslər törətdikləriinzibati xətanın xarakterindən asılı olaraq 20 manatdan 200 manatadək cərimə oluna bilərlər.

Məcəlləyə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə platformalarına, eləcə eskalatora vaqonların salonunatullantı atmağa, həmin obyektlərin üzərində yazılar yazmağa, məhdudiyyət çəpərləri girişi qadağan edən nişanlarquraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurətolmadansərnişin-maşinistrabitəsindən istifadə etməyə görə 200 manat məbləğində cərimə tətbiq edilir.

Bundan başqa, dəmir yoluna hər hansı əşya atan şəxslər 200 manat məbləğində cərimə olunurlar.

Qaydalara görə, eskalatordan sürahinin üstünə əşya qoymağagörə isə 20 manat məbləğində cərimə nəzərdə tutulub.

Eskalatorun sürahisini çıxarmaq, zərurət olmadan “Stop” açarından istifadə etmək, stansiyaların vestibüllərində, keçidlərində platformalarında, həmçinin vaqonlarda tütünçəkmək, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmaq, qatarın yola düşməsini ləngitmək, özbaşına dəmir yolunadüşmək, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə metropoliten işçiləriüçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmaq, açıqoddan pirotexniki qurğulardan istifadə etmək hallarında isə 50 manat məbləğində cərimə tətbiq edilir.

Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinəelektrik işlədicilərini qoşan şəxslər 70 manat məbləğindəcərimə olunurlar.

Həmçinin metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metr məsafədən daha yaxın ərazidə hər hansı əşya yandırmağa görə 100 manat məbləğində cərimə nəzərdə tutulub.

Mövzular:
Metro cərimə qayda

Digər Xəbərlər