Reklam resmi
Reklam resmi

Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - Faktiki hava

Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - Faktiki hava
Cəmiyyət

Milli Hidrometeorologiya Xidmətinin iyunun 14-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən Ajans.az-a bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Düşən yağıntının miqdarı Şahbuzda 15, Qaxda 13, Balakəndə 9, Gədəbəydə 7, Daşkəsəndə 6, Zaqatala, Ağdamda 5, Naxçıvan, Şəkidə 4, Bərdə, Şərur, Şəmkir, Xaltanda 3, Naftalan, Oğuz, Şamaxı, Xaçmaz, Tərtər, Göyçayda 2, Ceyrançöl, İsmayıllı, Ağsu, Qobustan, Xızı, Quba, Yevlax, Zərdab, Kürdəmir, Goranboy, Sabirabad, Lerik, Şahdağ, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınıb.

İyunun 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Tovuzda 20, Daşkəsən, Naftalanda 18 m/s-yə çatıb.

Mövzular:
hava yağış qar Bakı rayon

Digər Xəbərlər