Reklam resmi
Reklam resmi

Bakıda 18 yaşlı şagird hoteldə ÖLÜBMÜŞ

Bakıda 18 yaşlı şagird hoteldə ÖLÜBMÜŞ
Kriminal
747

 Xəbər verdiyimiz kimi, Bakıda vəfat edən 18 yaşlı oğlan Beyləqan rayonunda dəfn olunub.

Ajans.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, orta məktəbin 11-ci sinif şagirdi olan 2008-ci il təvəllüdlü Elvin Zabit oğlu Aslanlının Bakıdakı hotellərin birində öldüyü məlum olub.

Belə ki, iyunun 10-u saat 18 radələrində “Novxanı Spring” hotelində olarkən onun halı qəfil pisləşib və dünyasını dəyişib.

Məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Aslanlı iyunun 13-ü orta məktəbdən məzun olacaqdı.

***

Bakıda məktəb şagirdi vəfat edib.

Ajans.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə iyunun 10-da qeydə alınıb.

Belə ki, Beyləqanın Eyvazalılar kənd sakini, F.Quliyev adına tam orta məktəbinin 11-ci sinif şagirdi Elvin Aslanlı ürək çatışmazlığından qəfil vəfat edib.

Qeyd edək ki, Elvin Aslanlı iyunun 13-də orta məktəbdən məzun olacaqdı.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mövzular:
otel məktəbli ölüm

Digər Xəbərlər