Reklam resmi
Reklam resmi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış edib

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış edib
Xarici siyasət

Azərbaycan Əlillərin hüquqları haqqında Konvensiyanın XIX sessiyasının ümumi müzakirələri zamanı 19 dövlətdən ibarət regionlararası qrup (Albaniya, Banqladeş, Belarus, Bosniya və Herseqovina, Kamboca, Qırğızıstan, Laos Xalq Demokratik Respublikası, Malayziya, Meksika, Oman, Pakistan, Panama, San Marino, Səudiyyə Ərəbistanı, Tayland, Şərqi Timor, Ərbaycan) adından bəyanatla çıxış edib.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Birgə bəyanatda dünya əhalisinin təxminən 15%-nin əlilliyi olduğu vurğulanıb və Əlillərin hüquqları haqqında Konvensiyanın bütün hallarda, o cümlədən münaqişədə və münaqişədən sonrakı mühitdə minalardan, müharibənin partlayıcı qalıqlarından və əldəqayırma partlayıcı qurğulardan təsirlənən əlilliyi olan şəxslər üçün insan hüquqlarının qorunmasını təmin etməsinin vacibliyi vurğulanıb.

İştirakçı dövlətlər, xüsusilə milli mina fəaliyyəti potensiallarının yaradılması, inkişafı və effektiv fəaliyyət göstərməsi yolu ilə münaqişə və münaqişədən sonrakı mühitlərdə əlilliyin qarşısının alınmasının təşviqi üçün beynəlxalq dəstəyin sürətləndirilməsinə çağırıblar.

Dövlətlər həmçinin bütün əlilliyi olan şəxslər üçün təcili və davamlı tibbi yardım, fiziki reabilitasiya və protezləşdirmə, təhsil və iqtisadi reinteqrasiya üzrə milli potensialın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Mövzular:
Albaniya Banqladeş Belarus Bosniya və Herseqovina Kamboca Qırğızıstan Laos Xalq Demokratik Respublikası Malayziya Meksika Oman Pakistan Panama San Marino Səudiyyə Ərəbistanı Tayland Şərqi Timor Ərbaycan

Digər Xəbərlər