Reklam resmi
Reklam resmi

Bakıda süpürgə, sabun, zibil qablarına 23 milyondan artıq vəsait xərclənəcək

Bakıda süpürgə, sabun, zibil qablarına 23 milyondan artıq vəsait xərclənəcək
İqtisadiyyat

Bakıda süpürgə sapı, süpürgə, 72 faizlik sabun, zibil torbaları və digər vasitələrə milyonlar xərclənəcək. Bakı Şəhər İcra Hakimiyyəti başçısnıın tabeliyində yaradılan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC milyonluq tender ilə diqqət çəkib.

Ajans.az xəbər verir ki, təsərrüfathesablı, 16 ştat vahidindən ibarət olan bu qurum 2019-cu ildə keçmiş baş nazir Novruz Məmmədovun qərarı ilə yaradılıb.

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC şəhər təsərrüfatı üçün yüz minlərlə təmizlik vasitəsinin alınması məqsədilə 23.863.427,72 AZN xərcləyəcək. Tender siyahısında 620 min ədəd həyət süpürgəsi, 60 min ədəd təsərrüfat sabunu, 7 min kiloqram zibil torbası və cəmi 700 ədəd süpürgə sapı və digər vasitələr yer alıb.

“Tender” sənədləri göstərir ki, satınalmanın əsas hissəsi məhz şəhərin təmizliyi üçün istifadə olunacaq inventarlara yönəlib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Bakı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Bakı Şəhər İcra Hakimiyyəti “Tender” sənədləri

Digər Xəbərlər