28 yaşlı usta hündürlükdən yıxılaraq öldü
Şirvanda usta hündürlükdən yıxılaraq ölüb.
Ajans.az xəbər verir ki, hadisə Şirvan şəhərində fərdi yaşayış evlərindən birində dam örtüyünü təmir edən zaman baş verib. Həmin evdə usta kimi çalışan Şirvan sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəsulov damdan yıxılaraq ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılarkən yolada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.(apa)
Mövzular: