Ermənistanda seçki pozuntuları: 59 cinayət işi açılıb
Ermənistan İstintaq Komitəsi seçki ilə bağlı cinayət xarakterli pozuntular üzrə ümumilikdə 59 cinayət işi açıb.
Ajans.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qeydə alınan pozuntularla əlaqədar 9 nəfər saxlanılıb.
Bildirilib ki, cinayət işləri Ermənistan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə açılıb. Belə ki, seçki hüququnun həyata keçirilməsinə mane olma faktları ilə bağlı 9, bir neçə dəfə və ya başqasının əvəzinə səsvermə halları ilə bağlı 30, səsvermənin gizliliyinin pozulması ilə əlaqədar 17, terrorla bağlı yalan məlumatların yayılması üzrə isə 3 cinayət işi başlanılıb.
Qurum saxlanılan şəxslərə qarşı hansı konkret ittihamların irəli sürüldüyünü açıqlamayıb.
Qeyd edək ki, Ermənistan parlament seçkisində səsvermə prosesi başa çatıb, seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Mövzular: