Paşinyanın partiyası 56,7 faizlə liderlik edir
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlament seçkilərində səslərin 56,7 faizini toplayır.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistanın hakim partiyasının şifarişi ilə keçirilən "exit-poll" məlumatlarında bildirilib.
Həmçinin bildirilib ki, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan tərəfindən qurulan "Güclü Ermənistan" partiyası seçicilərin 17,5 faizinin dəstəyini qazanıb. Digər siyasi qüvvələrin nəticələri barədə məlumat verilməyib.
Mövzular: