Reklam resmi
Reklam resmi

Bakıdakı yanğınla bağlı SON DƏQİQƏ XƏBƏRİ

Bakıdakı yanğınla bağlı SON DƏQİQƏ XƏBƏRİ
Hadisə

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bununla bağlı Ajans.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın şaxtasındakı elektrik kabelləri, damındakı havalandırma qurğusunun mühərriki və ətrafa yığılmış taxta qırıntıları yanıb. 

Hadisə zamanı xəsarət alan olmayıb.

Mövzular:
Bakı bina yanğın sakinlər

Digər Xəbərlər